Bakı. Trend:
Ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Çünki bu, əsas məsələdir.
Trend-in məlumatına görə, bunu UNEC-in rektoru Ədalət Muradov Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, ali təhsilin gözləntilərini özümüzə və cəmiyyətimizə bəyan etməliyik.
“Qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı hissə yoxdur. Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılır. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb”, - deyə o qeyd edib.