...

UNEP tərəfindən göstərilən ekspert dəstəyi digər ərazilərə də istifadə edilə bilər - Muxtar Babayev

Gündəm Materials 16 Mart 2023 12:06 (UTC +04:00)
UNEP tərəfindən göstərilən ekspert dəstəyi digər ərazilərə də istifadə edilə bilər - Muxtar Babayev

Ağdam. Trend:

Ağdam rayonunda dağıntı tullantılarının idarə olunması və tikinti işlərində sonrakı istifadə üçün UNEP tərəfindən göstərilən dəyərli ekspert dəstəyini qeyd etmək istərdim. Bu təcrübə azad edilmiş digər ərazilərə də istifadə edilə bilər.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələr zamanı deyib.

Nazir, həmçinin, faydalı qazıntılar və mineral sərvətlərimizin qeyri-qanuni istismarı məsələsinə də toxunub.

“Biz tələb edirik ki, təbii sərvətlərin hasil olunduğu ərazilərdə ətraf mühitin mövcud vəziyyətini monitorinq etmək məqsədilə mütəxəssislərimiz üçün bütün lazımi şərait yaradılmalıdır. Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır”, - M.Babayev vurğulayıb.

Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti