...

Xaçmazda 2 nəfər yanğın nəticəsində ölüb

Gündəm Materials 10 Aprel 2023 11:48 (UTC +04:00)
Xaçmazda 2 nəfər yanğın nəticəsində ölüb

Bakı. Trend:

Xaçmazda 2 nəfər yanğın nəticəsində ölüb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti