...

Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)

Gündəm Materials 10 May 2023 12:21 (UTC +04:00)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasından 100 il ötür.

Trend-in məlumatına görə, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar.

Fəxri xiyabana gələn çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyurlar.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti