...

Kəlbəcər şəhərində yol-küçə şəbəkəsinin ümumi uzunluğu 27,08 kilometr olacaq

Gündəm Materials 7 Sentyabr 2023 11:38 (UTC +04:00)
Kəlbəcər şəhərində yol-küçə şəbəkəsinin ümumi uzunluğu 27,08 kilometr olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, indiyədək Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 hektar torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması təmin edilib.

Trend xəbər verir ki, bunu Şəhərsalma məsələləri üzrə işçi qrupunun Kəlbəcərdə keçirilən iclasında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

"Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Kəlbəcər şəhərində ümumi uzunluğu 27,08 kilometr olan yol-küçə şəbəkəsinin 18,87 kilometrlik hissəsi üzrə layihələndirilmə işləri davam edir və qısa müddətdə ekspertizaya təqdim ediləcək,” - deyə N.Hümmətov bildirib.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilir. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti