...

Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir - Nazir

Gündəm Materials 7 Sentyabr 2023 12:31 (UTC +04:00)
Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son illər iqlim dəyişikliyi nəticəsində daşqınlar, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir qeyd edib ki, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir:

"Sadəcə fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlıqları yoxlanıb və proses hər zaman davam edir".

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti