...

İtkin düşən 14 yaşlı qızın evlənmək üçün qaçdığı məlum olub

Gündəm Materials 13 Sentyabr 2023 09:42 (UTC +04:00)
İtkin düşən 14 yaşlı qızın evlənmək üçün qaçdığı məlum olub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədidə itkin düşdüyü deyilən 14 yaşlı qızın, evlənmək məqsədilə qaçdığı məlum olub.

Trend xəbər verir ki, sentyabrın 10-da Binəqədidə 2009-cu il təvəllüdlü M.N. (ad şərtidir) itkin düşdüyü bildirilib.

Daha sonra 14 yaşlı qızla telefon vasitəsilə əlaəq saxlamaq mümkün olub. M.N. adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti