...

Bu sosial media platformasına hesab silmə funksiyası gəlir

Gündəm Materials 27 Sentyabr 2023 10:10 (UTC +04:00)
Bu sosial media platformasına hesab silmə funksiyası gəlir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” “Threads”in gözlənilən hesab silmə funksiyasını istifadəyə verəcək.

Trend-in məlumatına görə, daha öncə istifadəçilər “Threads”də qeydiyyatdan keçdikdə, hesablarını silmək istəsələr, “Instagram” hesablarıda avtomatik olaraq silinirdi. Yəni, “Threads” və “Instagram” iki əlaqəli hesab kimi istifadə edilirdi.

“Meta” dekabrda təqdim etməyi planlaşdırdığı yeni yeniləmə ilə istifadəçilərə “Instagram”dan asılı olmayaraq “Threads” hesablarını silmək imkanı verəcək.

“Meta”nın məhsul məxfiliyi üzrə baş məsul işçisi Michel Protti, silmə sorğuları haqqında çox düşündüklərini, lakin iki hesabı ayırmağın texniki cəhətdən çətin olduğunu söyləyib.

Bu səbəbdən “Threads” üçün ayrıca hesab silmə funksiyasını tətbiq etməyə hazırlaşdıqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti