...

Ukrayna elektrik infrastrukturunun yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait toplayıb

Gündəm Materials 30 Sentyabr 2023 06:52 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın elektrik sisteminin operatoru "Ukrenerqo" Rusiya ilə müharibədə zədələnmiş infrastrukturun təmiri üçün Qərb tərəfdaşlarından 1 milyard dollardan çox vəsait toplayıb.

Trend-in məlumatına görə, bu barədə "Ukrenerqo"nun rəhbəri Vladimir Kudritski bildirib.

O qeyd edib ki, zədələnmiş elektrik obyektlərini bərpa etmək, hətta modernləşdirmək üçün daha bir neçə yüz milyon dollar da tələb oluna bilər.

Rusiya ilə Ukrayna arasında müharibə nəticəsində Ukraynanın elektrik obyektlərinin ən azı yarısı zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti