Bakı. Trend:
Azərbaycan Rusiya və Çinin Ay proqramına qoşulub.
Trend xəbər verir ki, bu barədə CGTN telekanalı bildirib.
Qeyd olunub ki, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri MNLS layihəsi üzrə əməkdaşlıq sazişi imzalayıblar. Hər iki tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqramın həyata keçirilməsi üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Bu günə kimi proqrama Azərbaycandan əlavə, Pakistan, BƏƏ, CAR, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin Nano-SPACE şirkəti də qoşulub.