...

Sosial şəbəkədə yeni dələduzluq üsulu yayılıb - XƏBƏRDARLIQ

Gündəm Materials 16 Oktyabr 2023 13:10 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkədə yeni dələduzluq üsulu yayılıb.

Trend-in məlumatına görə, insanlarda inam yaratmaq məqsədilə müxtəlif dövlət rəsmilərinin şəkilləri paylaşılaraq saxta müsahibə mətni yazılır. Və keçidə keçən ziyarətçiləri müxtəlif saytların saxta giriş səhifəsi qarşılayır.

Müsahibə mətnində qeyd olunan investisiya saytı tamamilə dələduzluq əməlləri üçün nəzərdə tutulub və hər hansı bir yatırım zamanı sizə geri ödəniş olunmur, üstəlik ödənilən vəsaitlər mənimsənilir.

Qeyd edək ki, bu və bunun kimi xəbərlərə inanmamağını, şəxsi məlumatlarınızı həmin keçidlərə daxil etməkdən çəkinməyiniz tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti