...

Saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

Gündəm Materials 27 Oktyabr 2023 10:00 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən hazırlanmış internet saytlarının təhlükəsizlik (SSL-Secure Sockets Layer) sertifikatı ilə təmin olunması istiqamətində zəruri texniki tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

"Belə ki, dövlət orqanlarına məxsus internet saytlarının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı monitorinqlər həyata keçirilib. Aparılan monitorinqlərin nəticələrinə əsasən yenilənmiş veb-saytların 68.2 faizi təhlükəsizlik sertifikatı ilə təmin edilib.

Qurumların nəzərinə çatdırılır ki, rəsmi internet səhifələrinin təhlükəsizliyini təmin etmək və daxil olan hücumların qarşısını almaq məqsədilə veb-saytlarının təhlükəsizlik sertifikatı ilə təmin olunmasını diqqətdə saxlasınlar", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti