Bakı. Trend:
İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatının miqyasını tədricən genişləndirməkdə davam edir.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.
Onun sözlərinə görə, bu, planlara uyğun və risklər nəzərə alınmaqla həyata keçirilir.
"Yerüstü əməliyyatlar mürəkkəb və risklərlə doludur. Biz qüvvələrimizin təhlükəsizliyini təmin etmək üçün havadan, dənizdən və qurudan hər şeyi edəcəyik", - deyə o əlavə edib.