...

“Instagram” “süni intellektlə işləyən rəqəmsal dost” funksiyası hazırlayır (FOTO)

Gündəm Materials 2 Noyabr 2023 17:11 (UTC +04:00)
“Instagram” “süni intellektlə işləyən rəqəmsal dost” funksiyası hazırlayır (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Instagram” istifadəçilər üçün fərdiləşdirilə bilən “süni intellektlə işləyən rəqəmsal dost” funksiyası hazırlayır. Bu funksiya sayəsində istifadəçilər öz seçimlərinə uyğun olaraq süni intellektli söhbət botu yarada və bu botla qarşılıqlı əlaqədə ola biləcəklər.

Trend xəbər verir ki, test versiyasında bu funksiya haqqında məlumatı Tətbiq proqramlaşdırıcısı Alessandro Paluzzi paylaşıb.

İstifadəçilər bu süni intellekt çatbotu ilə söhbət edib, suallar verib, fikirlərini bölüşə bilərlər. İstifadəçilər, həmçinin çatbotun cinsini, yaş aralığını, etnik mənsubiyyətini və şəxsiyyət xüsusiyyətlərini seçə bilərlər.

Bundan əlavə, istifadəçilər süni intellektlə işləyən dostları üçün ad və avatar seçə bilərlər. Lakin Instagram hələlik bu funksiya ilə bağlı rəsmi açıqlama verməyib və funksiyanın nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti