...

Xalq şəhidlərini ziyarət edir - İkinci Şəhidlər xiyabanından VİDEOREPORTAJ (FOTO)

Gündəm Materials 8 Noyabr 2023 11:58 (UTC +04:00)
Xalq şəhidlərini ziyarət edir - İkinci Şəhidlər xiyabanından VİDEOREPORTAJ (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanına ziyarəti davam edir.

Trend xəbər verir ki, səhər saatlarından etibarən vətəndaşlar, dövlət rəsmiləri və digər şəxslər İkinci Şəhidlər xiyabanını ziyarət edirlər.

Bakıda və bölgələrdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarının xatirəsini yad edilir, məzarları üstə qərənfillər düzülür.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti