...

Laçın azad edildiyi gündən qayıtmağı səbirsizliklə gözləyirdik - Laçın sakini

Gündəm Materials 14 Noyabr 2023 07:51 (UTC +04:00)
Laçın azad edildiyi gündən qayıtmağı səbirsizliklə gözləyirdik - Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın azad edildiyi gündən biz qayıtmağı səbirsizliklə gözləyirdik.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Rüstəmova İmarət deyib.

Onun sözlərinə görə, son günlərdə artıq yatmağı da düşünmürlər. Məhz bu günü gözləyirlər.

"Laçını 40 yaşında tərk etmişəm. İndi də xatırlayıram ki, Laçını körpələrimlə gecə saat 2-də qorxu içində tərk etdik. Azərbaycanın hər bir yeri bizə gözəldir. Hər yerdə bizə qucaq açıblar. Yaxşı dostlar, qonşular tapmışıq", -deyə o qeyd edib.

Qeyd edək ki, bu gün də daxil olmaqla Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti