...

Zəngilanda partlayıcı vasitələr aşkar edilib

Gündəm Materials 29 Noyabr 2023 09:19 (UTC +04:00)

Bakı. Trend:

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Zəngilan RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti