...

Monitorinq Mərkəzinin şöbə müdiri saytlarda türkcə yazanlardan danışdı

Gündəm Materials 4 Dekabr 2023 11:44 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Saytlarda mətnlərdə sual əvəzinə "soru", məcburiyyət əvəzinə "zorunda", pulqabı əvəzinə "cüzdan", köynək əvəzinə "tişört" kimi sözlərin işlənməsi ən qabarıq görünən hallardandır.

Trend-in məlumatına görə, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.

"Saytlarda yazılan bir çox sözün Azərbaycan dilində deyil, Türkiyə türkcəsində yazılmasının şahidi oluruq", - o deyib.

Qeyd edək ki, aşkar edilmiş 4500 dil faktından 3564-ü hesabata daxil edilib (1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi). Əvvəlki monitorinqlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlindiyini təəssüflə qeyd edilib.

Xəbər lenti

Xəbər lenti