...

Yaponiya Ukraynaya 4,5 milyard dollar yardım göstərəcək

Gündəm Materials 7 Dekabr 2023 03:44 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi Fumio Kişida "G7" liderlər ilə danışıqlar zamanı bildirib.

"[Kişda] Yaponiyanın bərpa və yenidənqurma üçün yardım, habelə humanitar yardım da daxil olmaqla 1 milyard dollar əlavə dəstək vermək qərarına gəldiyini bildirdi, və bu əlavə dəstək və Dünya Bankına kreditin artırılması da daxil olmaqla [Ukraynaya] ümumilikdə 4,5 milyard dollar yardmı etməyə hazırdır", - deyə nazirlik qeyd edib.

Bundan əlavə, Yaponiyanın baş naziri Kiyevə yardımı davam etdirmək və Moskvaya qarşı sanksiyaları qüvvədə saxlamaq niyyətini təkrarlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti