Bakı. Trend:
Təhsilin inkişafının ən vacib mərhələsi erkən yaş dövrüdür.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu yaşda baş verən dəyişikliklər özünü ən az 15-20 il sonra göstərir.
“Məktəbəqədər yaş dövründə olan dəyişikliklər o qədər də baha deyil. Söhbət hansısa çətin və ya mürəkkəb müdaxilələrdən getmir, oyunla öyrətmə, uşaqlarla vaxt keçirmə, kitab oxumaqdan gedir. Biz bu fikirləri səsləndirəndə hələ də cəmiyyətimiz buna birmənalı yanaşmır. Ailə ilə birgə axşam yeməyi yemək, uşaqdan təhsili ilə bağlı suallar vermək təsirlidir. Hər nə qədər buna ciddi yanaşılmasa da”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak edirlər.