Bakı. Trend:
Azərbaycan Auditorlar Palatasının sabiq rəisi və 2 əməkdaşı barəsində araşdırma aparılıb.
Trend xəbər verir ki, Auditorlar Palatasının maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Təqsirləndirilən şəxslərə cinayət məcəlləsinin 179.4, və 308.2 maddələri ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Xatırladaq ki, Vəli Rəhimov 1996-2023-cü illərdə Auditorlar Palatasında müxtəlif vəzifələrdə çalışıb.