...

Ağdamda Ekoloji Məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 25 Dekabr 2023 15:00 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda keçirilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclası başa çatıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, işçi qrupun heyəti iclasdan sonra Ağdam rayonu Kəngərli kəndində yaradılan Tikinti-söküntü tullantılarının təkrar emalı qurğusunun işi ilə tanış olublar.

Qonaqlara məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda təkrar emal qurğusu fəaliyyət göstərir.

Bugünə qədər 30 min tona yaxın tikinti materialı istehsal edib. Alınmış materialdan kəndlərin daxili yollarının tikintisində və digər lahiyələrdə istifadə olunacaq.

Həmçinin azad edilmiş digər yaşayış məntəqələrində də, tikinti-söküntü materiallarının təkrar istehsalata qaytarılması üçün bu texnologiyadan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti