...

Azərbaycanlı Gənc Avropa səfirləri tərəfindən Bakı, Gəncə və Lənkəranda evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırılıb

Gündəm Materials 29 Fevral 2024 10:35 (UTC +04:00)
Azərbaycanlı Gənc Avropa səfirləri tərəfindən Bakı, Gəncə və Lənkəranda evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırılıb

Bakı. Trend:

Bu günə qədər Azərbaycanlı Gənc Avropa səfirləri (YEAs) “Wolt Azerbaijan” şirkətinin dəstəyilə Bakı, Gəncə və Lənkəran şəhərlərinin küçələrində evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırıb.

Trend xəbər verir ki,Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və “Wolt Azerbaijan” şirkətinin çatdırılma çantalarından evsiz heyvanlar üçün sığınacaqlar yaradılır.

Layihənin əsas məqsədi evsiz heyvanlara sevgi, mehribanlıq və qayğı göstərmək və dayanıqlı təcrübələri təşviq etməkdir.

“Nəticə göz qabağındadır, hər bir yaradılmış sığınacağın qarşısında yerli sakinlər tərəfindən qoyulmuş yemək və su qabları, hər kəsin üzündə sahibsiz heyvanların rifahından xəbər verən təbəssüm tapmaq olar”, – deyə Gənc Avropa səfiri Nərgiz Əliyeva bildirib.

“Sığınacaqların quraşdırılması evsiz heyvanlar üçün təhlükəsiz sığınacaq təmin etməklə yanaşı, həm də tüklü dostlarımıza qarşı şəfqət və empatiya mədəniyyətini inkişaf etdirir”, – Azərbaycandakı Good World Animals Rescue and Protection (GWARP) adlı qeyri-hökumət təşkilatının prezidenti Fərid Mansurov bildirib. “Evsiz heyvanların ehtiyaclarının ödənilməsində və daha humanist cəmiyyətin təşviqində bu təşəbbüslərin əhəmiyyəti çox böyükdür”.

Xəbər lenti

Xəbər lenti