...

İranda İŞİD üzvləri saxlanıb

Gündəm Materials 6 Aprel 2024 10:30 (UTC +04:00)

Bakı. Trend:

İranın şimalında yerləşən Əlborz vilayətinin Kərəc şəhərində İŞİD terror qruplaşmasının 11 üzvü saxlanılıb.

Trend-in məlumatına görə, bunu İranın polisinin sözçüsü Səid Montəzir Əl-Mehdi deyib.

Onun sözlərinə görə, saxlanılan İŞİD üzvləri arasında terror qruplaşmasının əsas üzvlərindən olan “Rameş” ləqəbli Məhəmməd Zakir də var.

Polis rəsmisi bildirib ki, İran polisinin keçirdiyi iki ayrı-ayrı əməliyyatda terror qruplaşmasının üzvləri ələ keçiriliblər.

İranlı rəsmi terrorçuların Ramazan bayramında terror aktı törətmək niyyətində olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti