...

"G7" ölkələri dondurulmuş Rusiya aktivləri ilə Kiyevə yardım imkanlarını araşdırırlar

Gündəm Materials 17 Aprel 2024 05:28 (UTC +04:00)
"G7" ölkələri dondurulmuş Rusiya aktivləri ilə Kiyevə yardım imkanlarını araşdırırlar

Bakı. Trend:

ABŞ və onun "G7" üzrə müttəfiqləri Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərinin təxminən 300 milyard dollarını açmaq imkanlarını araşdırmağa davam edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ maliyyə naziri Canet Yellen bildirib.

ABŞ və digər "G7" ölkələrinin bu işi dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulayaraq, o, Konqresi Kiyevə lazımi hərbi və büdcə yardımının göstərilməsini dərhal təsdiqləməyə çağırıb.

"Bu, humanitar və mənəvi tələbdir", - deyə C.Yellen Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən iclasları çərçivəsində keçirilən mətbuat konfransında qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti