...

Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi

Gündəm Materials 20 Aprel 2024 14:36 (UTC +04:00)
Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, 60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb.

Belə ki, naməlum şəxs öz avtomobili ilə universama yaxınlaşan Nazim Əhmədova odlu silahdan 5 dəfə atəş açıb. Əhmədov təcili tibbi yardım gələnədək hadisə yerində ölüb.

Cinayətin motivləri hələlik bəlli deyil.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti