...

Qarabağ Universitetinin rektorunun təqdimatı olub (FOTO)

Gündəm Materials 23 May 2024 09:07 (UTC +04:00)
Qarabağ Universitetinin rektorunun təqdimatı olub (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.

Trend xəbər verir ki, təqdimat mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının ali təhsil müəssisəsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar barədə məlumat verib. Nazir Şahin Bayramova bu məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.

Şahin Bayramov da öz növbəsində göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və yeni dövrün tələblərinə cavab verən universitet qurmaq üçün səylə çalışacağını bildirib.

Xəbər lenti

Xəbər lenti