Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Baş direktorun müavinləri təyin olunublar
Trend xəbər verir ki, Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib.
Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.