...

3 iyundan etibarən ölkəmizin radio məkanına yeni dalğa gəlir

Gündəm Materials 31 May 2024 11:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın radio məkanına hər birimizə yaxınlığı ilə seçiləcək yeni “Sağlam Radio” gəlir. “Sağlam Radio” 93.0 FM tezliyində iyun ayının 3-dən yayıma başlayır.

Səhiyyə Nazirliyinin dəstəyi ilə yayımlanan radioda həftə içi 5 gün saat 8.00-dan -10.00-dək “Sağlam səhər”, saat 18.00-dan – 20.00-dək “Sağlam həyat” verilişləri efirdə olacaq. Bu verilişlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər. Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan “Sağlam Xəbərlər”dən eşidəcəksiniz.

“Sağlam Radio”nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir.

Aktiv həyatın ritmini Sağlam Radio ilə tutun!

Xəbər lenti

Xəbər lenti