...

Paşinyan ABŞ dövlət katibinin müavini ilə sülh prosesini müzakirə etdi

Gündəm Materials 18 İyun 2024 16:34 (UTC +04:00)
Paşinyan ABŞ dövlət katibinin müavini ilə sülh prosesini müzakirə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Paşinyan və Verma Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar, sərhədlərinin delimitasiyası prosesi və “Dünyanın kəsişməsi” layihəsini müzakirə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti məlumat yaymışdı ki, ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma 17-19 iyun tarixlərində Ermənistanda səfərdə olacaq. O, ABŞ-Ermənistan demokratiya üzrə yerli hökumət orqanlarının forumunda iştirak edəcək, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

"Bu səfər erməni xalqı ilə ikitərəfli əlaqələrimizi daha da gücləndirmək öhdəliyimizi əks etdirir. Dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarını təmsil edən rəsmilərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. Onu bu səfərdə bu yaxınlarda Dövlət Departamentində yaradılmış alt-milli diplomatiya komandasına rəhbərlik edən Nina Xaçiqyan, eləcə də, kommersiya və işgüzar məsələlər üzrə xüsusi nümayəndə Sara Morqentau müşayiət edəcək", - ABŞ Dövlət Departamentinin məlumatında deyilirdi.

Qeyd olunmuşdu ki, nümayəndə heyəti dövlət və özəl sektorun nümayəndələri ilə, eləcə də, vətəndaş cəmiyyəti təşkilatları ilə müzakirələr aparacaq.

Xəbər lenti

Xəbər lenti