...

"YouTube" yuxu taymeri funksiyasını sınaqdan keçirir

Gündəm Materials 27 İyun 2024 14:53 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"YouTube" "Android" mobil cihazlarında yuxu taymeri funksiyası üzərində işləyir.

Trend-in məlumatına görə, bu funksiya sayəsində istifadəçilər yuxuya getsələr belə, göstərilən vaxtda video və ya musiqi avtomatik olaraq söndürüləcək.

Qeyd edək ki, “YouTube” dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə “PayPal” işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında “Google” tərəfindən satın alınıb.

"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti