...

Bu ilin yanvar ayında neçə min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub?

Gündəm Materials 13 Fevral 2025 11:50 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar ayında 27,2 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 8,2 min şəxs münasib işlərlə təmin olunub, 577 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

112 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 18,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti