Bakı. Trend:
Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki,Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.
"İşlərin yekunlaşdırılması məqsədi ilə 27.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə əlavə edilib.