...

Gəncə sakinləri məcburi köçkünün evindən oğurluq ediblər

Hadisə Materials 1 Oktyabr 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Məcburi köçkünün evindən oğurluq edən Gəncə şəhər sakinləri saxlanılıb, bazar ertəsi Xanlar rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polis mayoru Habil Əmiraslanov bildirib. Onun sözlərinə görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun İsmayılov və 1987-ci il təvəllüdlü Tural İsmayılov qardaşları rayonun Hacıməlik kəndində məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkün Əlbəndiyev Cəmşidin evinə daxil olaraq oradan qızıl zinət əşyaları və pul oğurlayıblar. Əmiraslanovun bildirdiyinə görə, keçirilən əməliyyat tədbirləri nəticəsinində oğurluq edən şəxslər yaxalanaraq oğurlanan əşyaların bir qismi geri alınıb.

Digər əşyalar isə satmaq üçün mağazaya verildiyindən hazırda onların geri qaytarılması istiqamətində iş aparılır.

Müsahib bildirib ki, hazırda İsmayılov qardaşları barəsində oğurluq maddəsi ilə cinayət işi açılıb.

Xanlar paytaxt Bakıdan 390 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti