...

Lənkəranda doğuş zamanı ana və uşaq ölüb

Hadisə Materials 13 Noyabr 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran şəhərində bu gün doğuş zamanı ana və uşaq ölüb. Trend in bölgə müxbirinin məlumatına görə, ana 1977-ci il təvəllüdlü Təranə Mustafa qızı Sadıqova noyabrın 13-ü səhər saatlarında xəstəxanaya gətirilib. Lənkəran şəhər Xəstəxanasında Sadıqova üzərində əməliyyat aparılsa da, uşaq ölü doğulub. Xəstəxanadan bildiriblər ki, ana yüksək təzyiqli olduğundan uşaq ana bətnində ölüb. Cərrahiyyə əməliyyatından bir saat sonra ananın vəziyyəti qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

Bu il Lənkəranda doğuş zamanı daha bir neçə belə hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti