...

Bakıda tanınmamış Çeçen Respublikası daimi nümayəndəliyinin işçisi öldürülüb (yenilənib)

Hadisə Materials 19 Noyabr 2007 10:20 (UTC +04:00)
Bakıda tanınmamış Çeçen Respublikası daimi nümayəndəliyinin işçisi öldürülüb (yenilənib)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Ötən gecə Bakıda əvvəllər tanınmamış Çeçen Respublikasının Azərbaycandakı keçmiş daimi nümayəndəsi Asayevin müavini işləmiş 49 yaşlı İmran Qazıyev yaşadığı evin yaxınlığında öldürülüb.

Binəqədi rayon prokurorluğundan bazar ertəsi Trend ə bildirilib ki, Qazıyev 8-ci mikrorayon, Azadlıq prospekti 14/170, mənzil 32 ünvanındakı evinin qarşısında naməlum şəraitdə odlu silahla qətlə yetirilib.

Hadisənin bir və ya bir neçə nəfərin törədilməsi barədə hələlik məlumat yoxdur.

Qazıyevə tapançadan bir neçə atəş açılıb və silah hadisə yerindən bir qədər kənara atılıb.

Faktla bağlı rayon prokurorluğunda qəsdən adam öldürmə (120.1) və qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama, daşıma və gəzdirmə (228.1) maddələri ilə cinayət işi açılıb. Hadisəni törədən şəxsin müəyyənləşdirilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti