Azərbaycan, Bərdə, 19 yanvar / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda 22 yaşlı Kəlbəcər rayon məcburi köçkünü intihar edib. Trend in bölgə müxbirinin məlumatına görə, yanvarın 19-na keçən gecə paytaxt Bakıdan 370 kilometr cənub-qərbdə yerləşən Bərdə rayonunun Cəyirli kəndində məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü 1986-cı il təvəllüdlü İsmayıl Bəhmən oğlu Zamanov özünü yaşadığı həyətin tövləsində asıb.
Son 10 gündə Azərbaycanda 4 gənc intihar edib.
Zamanovun ailə üzvləri hadisədən öncə onunla münaqişələrinin olmadığını bildiriblər və onun ruhi xəstə olduğunu deyiblər.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.