...

Qubadakı kütləvi məzarlıqda torpaq sürüşməsi baş verib

Hadisə Materials 12 Mart 2008 21:35 (UTC +04:00)
Qubadakı kütləvi məzarlıqda torpaq sürüşməsi baş verib

Azərbaycan, Quba, 12 mart/ Trend , müxbir A.Qafarov/ Qubadakı kütləvi məzarlıqda çərşənbə günü torpaq sürüşməsi baş verib.Nəticədə qazıntı işləri aparılan bir neçə kvadratmetrlik ərazi uçub və sümüklər torpağın altında qalıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Quba ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev Trend un bölgə müxbirinə hadisə ilə bağlı məlumatlı olduğunu və sabah əraziyə baş çəkəcəyini bildirib.

Bu il qış sərt keçdiyindən, bir neçə aydır araşdırmalara fasilə verilməsini deyən arxeoloq, tezliklə ekspedisiya qrupunun yenidən Qubaya ezam olunacağını və tədqiqatların davam etdiriləcəyini də bildirib. Sürüşmənin səbəbinə gəlincə, mütəxəssis hesab edir ki, buna güclü şaxtalardan sonra düşən istilər səbəb olub.

Xatırladaq ki, ötən il aprelin 3-də Quba şəhər stadionunun təmiri zamanı çoxlu sayda insan sümükləri aşkarlanıb. Sonradan davam etdirilən qazıntılar zamanı ərazidə 150-dən çox insanın kütləvi şəkildə basdırıldığı müəyyən olub. Sümüklərin yaşını müəyyən edən mütəxəssislər və regiondaki tarixi prosesləri analiz edən alimlər elə ilk gündən burada kütləvi şəkildə basdırılan insanlıarın 1918-ci ildə ermənilərin Qubada törətdikləri qırğınların qurbanları olduğunu müəyyənləşdiriblər.

Xəbər lenti

Xəbər lenti