...

Azərbaycanda 3 tona yaxın ağırlığı olan paxlava hazırlanıb

Hadisə Materials 19 Mart 2008 15:30 (UTC +04:00)
Azərbaycanda 3 tona yaxın ağırlığı olan paxlava hazırlanıb

Azərbaycan, Gəncə, 19 mart / Trend ", müxbir V.Mməmmədov/ Novruz bayramı münasibətilə Gəncə şəhərinin Mərkəzi Meydanında ölçüsünə görə analoqu olmayan paxlava paylanılıb. Trend un məlumatına görə, şirniyyatın uzunluğu 12, eni isə 3,4 metr dir. Paxlava romb formasında olub.

Paxlavanın hazırlanmasına təxminən 7000 ədəd yumurta, 350 kq şəkər, 350 kq un, 320-325 kq qoz və fındıq ləpəsi, 25 kq fıstıq, 20 kq badam, 10 kq bal, 5kq hil sərf olunub. Paxlavanın hazırlanmasına martın 8-də başlanılıb və martın 19-u hazır olub.

Paxlava 8400 xırda hissələrdən ibarətdir. "Biz bu paxlavaların bişirilməsi üçün qəliblər hazırladıq. Şirniyyatın ağırlığı təxminən 2,5-2,8 tondur.

Paxlava şəhər İcra Hakimiyyətinin sifarişi əsasında hazırlanıb.

Həmçinin Gəncənin Mərkəzi Meydanında uzunluğu 17 eni 4 metr olan səməni də qoyulub.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti