...

Xaldan-Balakən yolunda qəzada iki nəfər həlak olub

Hadisə Materials 11 Aprel 2008 19:40 (UTC +04:00)
Xaldan-Balakən yolunda qəzada iki nəfər həlak olub

Azərbaycan, Şəki, 11 aprel / Trend , müxbir E.Quliyev/ Xaldan-Balakən yolunun 157-ci kilometrliyində cümə günü ağır yol qəza hadisəsi baş verib . Balakən istiqamətində hərəkət edən 50 -BT-259 nişanlı Qazel markalı mikroavtobus Qaxın Cəlayirli kəndi ərazisindəki körpünün üstündən- 10 metr hündürlükdən aşaraq, çaya düşüb. Nəticədə, 2 nəfər həlak olub. Müəyyən edilib ki, həlak olanlardan biri Fizuli şəhərində anadan olmuş, 1974-cü il təvəllüdlü, Əsgərov Müşfiq Sahib oğlu, digəri isə, 1959-cu il təvəllüdlü, Sumaqyıt şəhərində anadan olmuş Hüseynov Şakir Moşu oğludur.

Qax rayon Polis şöbəsinin rəis müavini Məhəmməd Malıyevin Trend un bölgə müxbirinə verdiyi məlumata görə, baş verən hadisə ilə bağlı tədqiqat aparılır, qəzanın səbəbləri araşdırılır. Qax respublikanin şimal-qərbində yerləşir.

Xəbər lenti

Xəbər lenti