...

Füzuli rayonunda yerləşən bazar tamamilə yanıb

Hadisə Materials 6 İyul 2008 12:12 (UTC +04:00)
Füzuli rayonunda yerləşən bazar tamamilə yanıb

Azərbaycan, Bərdə, 6 iyul / Trend müxbir Ş.Cəliloğlu/ İyulun 6-da Füzuli rayonunun Balabəhrəmli kəndində yerləşən bazar tamamilə yanıb. Gecə saat 4 radələrində başlayan yanğın səhər saatlarınadək davam edib. Alovu Füzuli rayonunun Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində söndürmək mümkün olub.

Trend müxbirinin verdiyi xəbərə görə, yanğın nəticəsində bazarın 30 iri və 50 kiçik obyekti külə dönüb. Yanğın 50 kv.m-lik ərazini əhatə edib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı yerli polis şöbəsində istintaqa başlanılıb.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend

Xəbər lenti

Xəbər lenti