...

Bakıda kanalizasiya sisteminin növbəti dəfə sıradan çıxması nəticəsində evlər su altında qalıb (fotosessiya)

Hadisə Materials 25 İyul 2008 01:39 (UTC +04:00)
Bakıda kanalizasiya sisteminin növbəti dəfə sıradan çıxması nəticəsində evlər su altında qalıb (fotosessiya)

Azərbaycan, Bakı, 24 iyun / Trend müxbir E.Məmmədov/ Bakıda kanalizasiya sisteminin sıradan çıxması nəticəsində Keşlə və Babək prospekti arasında yerləşən Sabir və Yarış küçələri su altında qalıb. Trend müxbirinin verdiyi xəbərə görə, hadisə nəticəsində sözügedən küçələri su basıb, üç ev isə dağılıb.

Hazırda sakinlər evlərinə daxil ola bilmirlər. Onlar Fövqəladə Hallar Nazirliyindən evlərinə qayıtmaq üçün təlimat gözləyirlər. Lakin yaranmış vəziyyət bunu mümkünsüz edir. Ən yaxşı halda şokda olan sakinlər evlərinə iyulun 25-də dönə biləcəklər. Hadisə yerində üç su nasosu işləyir. İsti hava infeksiya xəstəliklərinin yaranma ehtimallarını artırır.

Sabir küçəsini dünəndən su basmağa başlayıb. Hazırda hadisə yerində FHN əməkdaşları ilə birlikdə "Akkord" şirkətinin işçiləri də çalışırlar. Hadisə yerinə gələn "Qəza xidməti" maşını su altında qalıb.

Məqalə müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend

Xəbər lenti

Xəbər lenti