...

Azərbaycanda məhkum ərinə narkotika ötürmək istəyən qadın saxlanılıb

Hadisə Materials 28 İyul 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı,28 iyul / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda məhkum ərinə narkotika ötürmək istəyən qadın saxlanılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İlqar Orucovla görüşə gələn həyat yoldaşı, 30 yaşlı Dürrə Rüstəmzadənin üzərinə baxış zamanı əl çantasından 6 ədəd selafon bükülü aşkar edilib.

Faktla bağlı keçirilmiş ekspertizanın rəyinə görə, bükülülərdə çəkisi 9,384 qram heroin olub.

Saxlanılan şəxs və aşkarlanmış narkotik vasitə Nizami Rayon Polis İdarəsinə təhvil verilib.

Orucov oğurluq, qəsdən adam öldürmə, sağlamlığa ağır zərər vurma cinayətlərində təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti