...

Azərbaycan paytaxtında odlu silahla qətl hadisəsi törədilib

Hadisə Materials 2 Sentyabr 2008 10:58 (UTC +04:00)
Azərbaycan paytaxtında odlu silahla qətl hadisəsi törədilib

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir S. Kazımlı/ Bakının Sabunçu rayonu ərazisində odlu silahla qətl hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Maştağa qəsəbə sakini Quliyev Fərhad Zakir oğlu sentyabrın 1-də, axşam saat 20.00 radələrində qonşusu Hüseynov Hidayət İsgəndər oğlunu odlu silahla qətlə yetirərək hadisə yerindən qaçıb.

Hadisəyə qonşular arasında yaranmış münaqişə səbəb olub.

Polis bölməsindən bildirilib ki, Quliyev əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunub. O, Maştağadakı 1 saylı Ruhi Əsəb Xəstəxanasında xəstə kimi qeydiyyatdadır.

Quliyevin tutulması üçün polis orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Quliyevin atası Hacı Zakir Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun mühafizəçisi olub.

Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120), qanunsuz odlu silah və onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti