...

Bakıda Prezident Aparatı yanında Xüsusi Tibb Xidməti Diaqnostika Mərkəzinin əməkdaşının evi qarət edilib

Hadisə Materials 2 Sentyabr 2008 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında Prezident Aparatı yanında Xüsusi Tibb Xidməti Diaqnostika Mərkəzinin əməkdaşının evindən oğurluq edilib.

Binəqədi rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 30 -da saat 22:00 radələrində naməlum şəxs 9-cu mikrorayonun Adil Məmmədov küçəsi, ev 115, mənzil 64 ünvanında yaşayan və Prezident Aparatı yanında Xüsusi Tibb Xidmətinin Diaqnostika Mərkəzində tibb bacısı işləyən Sima Əliyevanın evinə daxil olaraq, 16 min manat pul oğurlayıb.

RPİ-dən bildiriblər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Binəqədi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti