...

Moskva kafesində partlayış zamanı bir azərbaycanlı həlak olub

Hadisə Materials 5 Sentyabr 2008 11:56 (UTC +04:00)
Moskva kafesində partlayış zamanı bir azərbaycanlı həlak olub

Moskvanın hüquq-mühafizə orqanlarındakı mənbədən RİA Novosti -yə verilən məlumata görə, dünən axşam Moskva kafesində işədüşən partlayıcı qurğunun gücü trotil ekvivalenti ilə 400 qram təşkil edib.

Agentlik sözçüsü bildirib ki, son məlumatlara görə, partlayış zamanı bir nəfər ölüb və 10 nəfər yaralanıb.

"Bomba bolt və qaykalar ilə bağlanıb. Ehtimal ki, cinayətkar bombanı kafeyə portfeldə və ya barsekada keçirib və onu masalardan birinin altında qoyub", - deyə mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, partlayış zamanı Moskvada müvəqqəti qeydiyyatdan keçmiş bir azərbaycanlı həlak olub.

"Partlayış kriminal mahiyyət daşıyır", - deyə agentlik sözçüsü hesab edir.

Partlayış bir gün əvvəl təqribən saat 22.00-da General Belov küçəsi, 25 ünvanında yerləşən yay kafesində baş verib.

Xəbər lenti

Xəbər lenti