Azərbaycan, Naxçıvan, 08 sentyabr / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının sakini Türkiyədə hündürmərtəbəli binanın tikintisi zamanı yıxılaraq ölüb. Trend -un bölgə müxbirinin məlumatına görə, sentyabrın 6-da Muxtar Respublikanın Culfa rayonunun Bənəniyar kənd sakini 1967-ci il təvəllüdlü Səbzəli Ağamalı oğlu Əliyev İstanbulda fəhlə işlədiyi hündürmərtəbəli binadan yıxılıb. Hadisə ilə bağlı mərhumun ailəsinə dünən xəbər verilib.
Əliyevin cəsədi yaşadığı kəndə bu gün gətirilib. Əliyev ailəli idi, 2 uşağı var.
2008-ci il ərzində İstanbulda hündürmərtəbəli binaların tikintisində iştirak edən Naxçıvan MR sakinlərindən 2 nəfər ölüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]