...

Moskvada bir azərbaycanlının ölümü ilə nəticələnən partlayışın müqəssirləri hələ də tapılmayıb

Hadisə Materials 8 Sentyabr 2008 12:30 (UTC +04:00)
Moskvada bir azərbaycanlının ölümü ilə nəticələnən partlayışın müqəssirləri hələ də tapılmayıb

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxöir R.Novruzov/ Moskvada bir azərbaycanlının ölümü ilə nəticələnən partlayışın müqəssirləri hələ də tapılmayıb.

"Sentyabrın 5-də Moskva kafelərinin birində törədilən və bir azərbaycanlının ölümü ilə nəticələnən partlayışın müqəssirləri hələ də tapılmayıb", - deyə bazar ertəsi Trend -a Moskvadan telefonla Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva Bürosunun sədri İlqar Hacıyev bildirib.

Partlayış 50 nəfər azərbaycanlının iştirakı ilə yas mərasimi keçirilən Moskvanın yay kafelərindən birində baş verib. Hadisə nəticəsində bir azərbaycanlı ölüb, yeddi nəfər isə müxtəlif bədən xəsarəti alıb.

Hacıyevin sözlərinə görə, partlayış zamanı zərər çəkənlərdən ikisi artıq xəstəxanadan evə buraxılıb. Üç gün bundan öncə vəziyyəti ağır qiymətləndirilən daha iki nəfərin səhhəti artıq stabilləşib.

"Partlayış işi üzrə tədqiqatlarda müvəffəqiyyət əldə edilməsi ilə bağlı heç bir informasiya yoxdur", - deyə Hacıyev bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kafedə işə düşən partlayıcı qurğunun gücü totil ekvivalenti ilə 400 qram təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti