Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Suraxanı rayonunda çürümüş kişi cəsədi tapılıb.
Suraxanı rayon Prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 8 -də saat 20:00 radələrində Qaraçuxur qəsəbəsi, 4048 -ci məhəllə, ev 2, mənzil 13 ünvanda yaşayan 1966 -cı il təvəllüdlü Plotrukov Konstantin Borisoviçin çürümüş cəsədi yaşadığı ünvanda aşkar edilib.
Rayon Prokurorluğundan bildiriblər ki, ilkin araşdırma zamanı mərhumun təxminən 7-10 gün öncə vəfat etdiyi müəyyən edilib . Cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]