...

Bakıda "Siyəzən Broyler" şirkətinə məxsus avtomobil qarət edilib

Hadisə Materials 23 Sentyabr 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonu ərazisində "Siyəzən Broyler" şirkətinə məxsus avtomobildən oğurluq edilib.

Nəsimi rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 21-də saat 16:00 radələrində 20 Yanvar küçəsində, "Siyəzən Broyler" şirkətə məxsus "Ford Trazit" markalı avtomobildən şirkətdə ekspediter işləyən, Abşeron sakini Pərvanə Bağıyevanın iki mobil telefonu və 1300 manat pulu oğurlanıb.

Hazırda oğurluq edən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti